ASIQLER.AZ
Kişi Dunyasi

Asiqler.Az / Seksde Keşf

Qadınların seksdə özlərini kəşf etdikləri yaş olan 30 yaşl kişilərin də seks istəklərində də bir sıra dəyişikliklər olur. Beverly Hills Center for Sexual Medicine direktoru Dr. Uri Peles, 30 yaşların hormonal olaraq həm qadınlar həm də kişilər üçün mükəmməl bir zaman olduğunu ifadə edir. Bu dövrdə kişilərin hormon səviyyələri, cinsi həyatlarını aktiv edəcək səviyyədə olsa da əsla 20 yaşlardakı seks aclığını hiss etməzlər. Kişilərin seks həyəcanındakı gözlə görülən bu dəyişmə erkən boşalma problemlərini də arxasında buraxır. Great Sex For Moms kitabının yazıç&##305;sı Raskin, 30 yaşlarda qadınların özülərinə, bədənlərinə, partnyorlarına , cinsəlliklərinə daha çox güvəndiyini və seksdə nələrdən xoşlandığını söyləməkdən çəkinmədiyini beləcə daha çox orqazm olduğunu izah edir. Çətin keçən 20 yaşın sonunda həm qadınlar həm də kişilər, şəhvət sərxoşluğunu üzərlərindən atır və Fisherin seksdə uzlaşma mərhələsi adını verdiyi dövrə girir. Cütlüklərin bir-birlərinə qarşı yaxınlıq və sevgi duyduğu bu dövrdə birlik duyğusu və əlaqədə sakitlik hökm sürür. Fisher, bu dövrdə cütlüklərin arasındakı sevgi bağının, zehində olan və insanlara özlərini xoşbəxt hiss etdirən oksitosin və vasopresin hormonlarını sekresiyalaşdırmaya köməkçi olduğunu deyir. Özünüzü seks üçün hazır hiss etdiyinizdə belə, bəzən 3 saat davam edən seksi 3 dəqiqəyə sığdırmanız lazım ola bilər. Seks Terapisti Paul Joannides, kişilərin həyatına uşaqlar daxil olduqlarında sürətli və tez edilən seks seanslarının seks həyatı üçün əhəmiyyətli olduğunu deyir. Bu tərz sürətli seks seanslarında cütlüklər aralarındakı romantik ünsiyyəti itə bilər. Bunu önləmək üçün də Peles, seks əsnasında kişinin gözlərinə baxmanızı təklif edir. Bu şəkildə bir-birinizə daha çox bağlandığınızı hiss edəcəksiniz.

» Geri Qayıt
Ana Sehife
Style:Göy (facebook)